Sahil Babayev: “Gənclər arasındakı işsizliyin ümumi göstəricidən artıq olması
təbii haldır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Gənclər arasında işsizlik daha yüksəkdir və bu, dünyada olan bütün ölkələr
üçün xarakterikdir. Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi
işsizlikdən artıq olacaq və bu, tam təbiidir”.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.
Nazir bildirib ki, dünyanın hər yerində gənclərin iş tapması daha çətindir:
“Bunun üçün proqramlar olmalıdırmı? Bəli, olmalıdır və biz bir çox proqramlar,
layihələr üzərində işləyirik”.