00ac83a7-2de2-4c72-ae5c-a48a47b1feb0..jpg

Sahil bağında qızı bıçaqlayan şəxslə bağlı cinayət işi açıldı – YENİLƏNİB

Baxış sayı: 579 dəfə baxılıb.

Sahil bağında qızı bıçaqlayan şəxslə bağlı cinayət işi açıldı – YENİLƏNİB

Bakıda, Üzeyir Hacıbəyov küçəsində yerləşən Sahil bağında qızı bıçaqlayan
şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə Cixisyolu.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı
Nurlan Əliyev bildirib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli
bilinən Sadıq Sadıqov müəyyən olunaraq saxlanılıb. İlkin məlumata görə hadisə
şəxsi münasibətlər zəminində baş verib. S.Sadıqov barədə Cinayət Məcəlləsinin
221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

16:46

Bakıda, Üzeyir Hacıbəyov küçəsində yerləşən Sahil bağında gənc oğlan qızı
bıçaqlayıb.

Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Şahidlərin sözlərinə görə, cinayəti törətdikdən sonra ərazidən qaçmaq istəyən
şəxsi polis əməkdaşları saxlayıblar.

Bıçaqlanan qız isə təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya
aparılıb.

Source link