b9a1a436-632f-43e0-b934-63b4ef710d4e..jpg

Sahil Qasımov: “Bizdə xatircəmlik yaranıb, amma rahatlaşmaq olmaz” – MÜSAHİBƏ

Baxış sayı: 696 dəfə baxılıb.

Sahil Qasımov: “Bizdə xatircəmlik yaranıb, amma rahatlaşmaq olmaz” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevral ayında Brüsseldə Avro-Atlantik ölkələrində fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatlarının təsis qurultayı keçiriləcək. Avro-Atlantik
məkanda azərbaycanlıların yeni beynəlxalq transmilli lobbiçilik strukturu –
Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası (EAPCA – Euro-Atlantic
Partnership Council of Azerbaijanis) yaranacaq.

Bu barədə Cixisyolu.com-a Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti,
təşəbbüs qrupuna rəhbərlik edənSahil Qasımov məlumat verib:

– Qurultayda təşkilatın nizamnaməsinin təsdiqi, loqosunun və internet saytının
təqdim edilməsi nəzərdə tutulur. Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq
Şurasının yaradılmasına təkan verən son hadisələr, o cümlədən Avropa Şurası
Parlament Assambleyasının Azərbaycanla bağlı qərəzli qərarı olub.

EAPCA-da hüquqşünaslar və siyasətçilər işləyəcəklər. Keçmiş deputatlarla
danışıqlar aparılır.

– Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurası ilə rəsmi Bakı arasında
əlaqə saxlanılacaqmı?

– Bizim rəsmi Bakı ilə sıx əlaqəmiz var. Biz Azərbaycan Respublikasının
Brüsseldəki və Avropa İttifaqındakı səfirliyi ilə birgə işləyirik, Azərbaycanın
Diasporla İş üzrə Dövlət Komitəsi ilə məsləhətləşirik.

– Qərbdəki diasporumuz tez-tez erməni lobbisi və ermənipərəst siyasətçilərin
təhdidləri ilə üzləşir. Təzyiqlərdən çəkinmirsiniz?

– Hər zaman ermənipərəst lobbi və siyasətçilər tərəfindən təzyiqlər olub. Amma
Azərbaycan bizim tarixi Vətənimizdir və bizdən başqa Avro-Atlantik zonada
ölkəmizi müdafiə edəcək heç kim yoxdur. Biz bilirik ki, haqlıyıq və bu, bizi
daha da gücləndirir.

– Azərbaycanla Avropa arasında açıq-aşkar böhran var, bunu özünüz də dediniz.
Bunu həll etmək mümkündürmü?

– Doğrudan da, böhran var, bitmir, əksinə, son vaxtlar daha da güclənib. Amma
əminəm ki, zaman keçdikcə gərginlik səngiyəcək.

44 günlük müharibədə qələbəmizdən sonra Avropadakı azərbaycanlılarda
xatircəmlik yarandı. Amma mən müharibədən dərhal sonra dedim ki, indi biz daha
çox işləməliyik, rahatlaşmamalıyıq və siyasi arenada mümkün qədər fəal
olmalıyıq.

Nair Əliyev

Source link