“Sahil” stansiyasının təmirə bağlanmasının əsas səbəbi məlum oldu

“Sahil” stansiyasının təmirə bağlanmasının əsas səbəbi məlum oldu

Baxış sayı: 2. 662 dəfə baxılıb.

“Sahil” stansiyasında təmir işlərinə bağlanmasının əsas səbəbi eskalatorların dəyişdirilməsi zərurəti idi.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov “Sahil” stansiyasının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin istifadəyə verilən ilk sahəsinin 5 stansiyasından biri olan “Sahil” stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu:

“Bunun üçün bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi. 

Təmir müddətində stansiyada quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin istehsalı olan “Viktoriya” tipli 4 eskalator quraşdırılıb. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunub. 

Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənib. Eyni zamanda, bir problem yaranarsa, sərnişinlərin təxliyəsində də eskalatorların çoxluğu köməklik göstərəcək”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com