Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, qəza Sahil qəsəbəsində qeydə alınıb.
“Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən piyada, 1955-ci il təvəllüdlü Babayeva Əminə Baloğlan qızını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu