1a31f19e-dbad-410b-b390-5830fb02cf8b..jpg

Şahin Bağırov polkovniki işdən çıxardı – FOTO

Baxış sayı: 414 dəfə baxılıb.

Şahin Bağırov polkovniki işdən çıxardı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisi təqaüdə göndərilib.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük
Komitəsinin sədri Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Hüquqi təminat idarəsinin rəisi polkovnik Sənan Əli oğlu Muxtarov
son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Sənan Muxtarov 1992-cı ilin iyul ayından, yəni 32 il Dövlət
Gömrük Komitəsinin Hüquqi təminat idarəsinin rəisi vəzifəsində işləyib.

Source link