90572aec-5eb7-4779-ab18-7f61275b4fb4..jpg

Şahin Əliyev: “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları ixrac olunacaq”

Baxış sayı: 466 dəfə baxılıb.

Şahin Əliyev: “Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məhsulları ixrac
olunacaq”

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil almış gənclərin dəstəyi ilə
yerli məhsullar hazırlanır.

“Report” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin
(İRİA) sədr müşaviri Şahin Əliyev “Beynəlxalq kibertəhlükəsizlik günləri İCSD
2023” tədbirində çıxışı zamanı bildirib.

“Qarşıdakı illərdə Azərbaycanda müxtəlif şirkətlərdə, təşkilatlarda bu
məhsulların tətbiqini görəcəyik. Daha sonra isə biz bu məhsulları ixrac
edəcəyik”, – deyə o bildirib.

Ş.Əliyev əlavə edib ki, burada kibertəhlükəsizlik əsasında məhsulların,
proqram təminatının yaradılmasından söhbət gedir və bu məsələ hazırda başlanğıc
mərhələsindədir.

Xatırladaq ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini “PAŞA Holding” MMC-nin
dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təsis edib. Ölkənin
kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəz bu
sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas
mərkəz rolunu oynayacaq. Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən
hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim
iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən
yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər. Mərkəzdə ən
müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim
otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin
laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada
biləcəklər.

Source link