af6862bf-363d-4956-8ad6-c9d678e94c86..jpg

Şahin Mustafayev Çinə səfər edəcək

Baxış sayı: 470 dəfə baxılıb.

Şahin Mustafayev Çinə səfər edəcək

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri xanım Qo Min Bakıda ÇXR-in yaranmasının 74-cü ildönümünə
həsr olunmuş tədbirdə deyib.

Səfirin sözlərinə görə, Şahin Mustafayev Çin-Azərbaycan hökumətlərarası
ticarət-iqtisadi əməkdaşlığı üzrə Komitənin doqquzuncu iclasına rəhbərlik
edəcək.

Şahin Mustafayev isə öz növbəsində qeyd edib ki, noyabr ayında Çində
Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur:

“Ümid edirəm ki, bu iclasda qəbul edəcəyimiz qərarlar Azərbaycan-Çin
əlaqələrinin hərtərəfli inkişafına töhfə verəcək. Azərbaycan nümayəndə heyəti
eyni zamanda, Şanxay şəhərində keçiriləcək sərgidə də iştirak edəcək”.

Source link