09aadc4a-f999-403b-9d6d-42c720b1da57.jpg

Şahin Mustafayev İranın neft naziri ilə görüşüb

Baxış sayı: 238 dəfə baxılıb.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın neft naziri Möhsün
Paknejat Tehranda keçirdikləri görüşdə energetika sahəsi başda olmaqla
ikitərəfli əməkdaşlığın sürətlənməsi məqsədilə birgə işçi qrupun formalaşmasına
dair fikir mübadiləsi aparıblar.

Cixisyolu.com bu barədə “Mehr” agentliyinə istinadən məlumat verib.

Məlumata görə, M.Paknejat deyib ki, neft və enerji sektoru iqtisadi əlaqələrin
inkişafı üçün oxlardan biridir.

O bu sahədə əməkdaşlıq səviyyəsinin artırılması ilə bağlı istənilən
təşəbbüsləri alqışladıqlarını söyləyib. Nazirin sözlərinə görə, bu cür
əməkdaşlıq lazımi infrastruktur tələb edir.

Şahin Mustafayev vurğulayıb ki, İrana səfərinin məqsədi iki ölkə arasında
münasibətləri nəzərdən keçirmək və gələcək layihələrin həyata keçirilməsi ilə
bağlı danışıqlar aparmaqdır.

Xatırladaq ki, Ş.Mustafayev Tehranda İran Prezidenti Məsud Pezeşkian, xarici
işlər naziri Abbas Əraqçi və digər rəsmilərlə görüşüb.

Source link