Şahmar Mövsümov: “Gömrük daxilolmaları büdcənin qeyri-neft gəlirlərinin 35%-nə
bərabərdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Son dövrdə gömrük daxilolmaları dövlət büdcəsinin qeyri-neft gəlirlərinin
35%-nə bərabər olub”.
Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov
Bakıda keçirilən Gömrük Biznes Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, xarici ticarətin artması büdcəyə gömrük daxilolmalarının da
artmasını şərtləndirib:
“Burada gömrük orqanlarının fəaliyyətində çevik, müasir, şəffaf idarəçilik
metodlarını da qeyd etmək yerinə düşər. Gömrük nəzarətinin təkmilləşdirilməsi,
ticarətin asanlaşdırılması, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması,
sabit, avtomatlaşdırılmış və vətəndaş məmnunluğunu təmin edən xidmətlərin
təşkili sayəsində həyata keçirilən genişmiqyaslı tədbirlər xüsusi yer tutur”.
Aysel Aslan