Şahmat üzrə Dünya Kuboku: Nicat Abasov finala yüksələ bilmədi – YENİLƏNİB

Baxış sayı: 608 dəfə baxılıb.

Şahmat üzrə Dünya Kuboku: Nicat Abasov finala yüksələ bilmədi – YENİLƏNİB

Bu gün Bakıda şahmat üzrə Dünya Kuboku turnirinin yarımfinal mərhələsinin
cavab partiyaları keçirilir.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov planetin ən güclü
qrosmeysterlərindən sayılan Maqnus Karlsendən revanş ala bilməyib. Partiya
0:5:0,5 heç-heçə ilə başa çatıb. Ümumi hesabda həmyerlimiz 1,5:0,5 hesabı ilə
məğlub olub.

Nicat Abasov üçüncü yer uğrunda mübarizə aparacaq.

16:40

Avqustun 20-də Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda kişilər bölməsində
yarımfinalın ikinci partiyaları, qadınlar arasında final və üçüncü yer uğrunda
görüşlər keçirilir.

Azərbaycan şahmatçısı Nicat Abasov yarımfinalda Maqnus Karlsen (Norveç) ilə
qarşılaşıb. Avqustun 19-da baş tutan ilk partiyada Nicat Abasov rəqibinə
uduzub, qara fiqurlarla oynayıb. Azərbaycan şahmatçısı bu gün ağ fiqurlarla
oynayır.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Bakıda keçirilən
şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar
bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda
ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri
və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç
oyunçu iştirak edəcək.

Source link