Şahmat yığmamız AÇ-də növbəti qələbəsini qazandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında III turun
oyunları keçirilib.
“Qafqazinfo” xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu
dəfə İsveçi üstələyib.
Milli 3,5:0,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Şəhriyar
Məmmədyarov, Rauf Məmmədov və Vasif Durarbəyli partiyaları qələbə ilə başa
vurublar. Teymur Rəcəbov heç-heçə oynayıb.
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi itkisiz irəliləyir. III turda
xanım şahmatçılar Polşanı məğlub ediblər – 3:1. Şahmatçılardan Günay Məmmədzadə
və Gülnar Məmmədova heç-heçəyə razılaşıblar, Xanım Balacayeva və Ülviyyə
Fətəliyeva qələbə qazanıblar.
Bu gün Avropa çempionatında IV turun görüşləri keçiriləcək. Kişi
şahmatçılardan ibarət Azərbaycan millisi Xorvatiya, qadın şahmatçılar isə
Fransa ilə qarşılaşacaqlar.