Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, yarışda bu gün V turun oyunları keçirilir.
Artıq dörd görüş başa çatıb. Yığmamızın liderlərindən Şəhriyar Məmmədyarovla Rauf Məmmədov ağ fiqurlarla oynasa da, yenə qələbə qazana bilməyiblər.
Digər həmyerlimiz Teymur Rəcəbov isə qara fiqurlarla Dinq Lireni sınağa çəkib. “Sülhsevər oğlan” bu gün də ənənəsinə sadiq qalaraq heç-heçə edib.
“Shamkir Chess 2018”, V tur, 23 aprel
Dinq Liren (Çin, 2778) – Teymur Rəcəbov (Azərbaycan, 2748) 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – Aniş Qiri (Hollandiya, 2777) 0,5:0,5
David Navara (Çexiya, 2745) – Veselin Topalov (Bolqarıstan, 2749) davam edir
Rauf Məmmədov (Azərbaycan, 2704) – Sergey Karyakin (Rusiya, 2778) 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2843) – Radoslav Voytaşek (Polşa, 2744) 1:0
Qeyd edək ki, bu nəticələrdən sonra Teymur Rəcəbovla Rauf Məmmədovun 2,5 və Şəhriyar Məmmədyarovun 2 xalı var.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com