Şahmatçımız dünya çempionunu məğlub etdi və turnirin qalibi oldu

Baxış sayı: 2. 538 dəfə baxılıb.

Şahmatçımız dünya çempionunu məğlub etdi və turnirin qalibi oldu

İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir davam edir.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov IX turda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Beş gün əvvəl qara fiqurlarla Karlsenə məğlub olmamış Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibi ilə daha üstün oynayaraq qalib gəlib. 

Qeyd edək ki, bu uğurdan sonra Şəhriyar Məmmədyarovun 7 xalı oldu. Maqnus Karlsen isə beş xal toplayıb.

Bu qələbədən sonra turnirin sonuna 1 tur qalmış Şəhriyar Məmmədyarov yarışın qalibi adını qazanıb.

www.ÇıxışYolu.Com