982ee16a-c7f7-42b2-81c1-2c8361a3e058..jpg

Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatına start verilib

Baxış sayı: 411 dəfə baxılıb.

Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatına start verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan
çempionatına start verilib.

Yarış Bakı Şahmat Klubunda təşkil olunub.

Mübarizəyə ilk olaraq kişi şahmatçılar başlayıblar. Onlar bu gün və sabah
rapid, noyabrın 26-da isə blits üzrə mükafatçıları müəyyənləşdirəcəklər.
Noyabrın 27-29-u aralığında isə qadın şahmatçılar medalçıların adına aydınlıq
gətirəcəklər.

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrda Özbəkistanın Səmərqənd şəhərində
keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyır.
Reqlamentə əsasən, ilk üç yeri tutacaq şahmatçılar ölkəmizi mundiallarda təmsil
etmək hüququ qazanacaqlar.

Source link