9d68ad36-093f-48e9-b5e7-bb8eb92828be..jpg

Şahruddin “Adana Demirspor”da debüt edib, iki dəqiqə sonra qol buraxıb

Baxış sayı: 433 dəfə baxılıb.

Şahruddin “Adana Demirspor”da debüt edib, iki dəqiqə sonra qol buraxıb

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana
Demirspor” klubunda debüt edib.

“Report”un məlumatına görə, 29 yaşlı qolkiper səfərdə “Kasımpaşa”ya qarşı
keçirdikləri Superliqanın VI tur matçında meydana çıxıb.

19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün
Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib.
Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar.

Qeyd edək ki, qarşılaşma “Kasımpaşa”nın qələbəsi ilə bitib – 2:1.

Source link