Şahruddin Məhəmmədəliyev dörd aydır maaş almır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” ciddi maliyyə
böhranı ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, Türkiyə klubu dörd ay öncə iki illik müqavilə
imzaladığı Azərbaycan millisinin qapıçısının müqavilə şərtlərini yerinə yetirə
bilmir.
Sentyabrın 5-də “Qarabağ”dan Super Liqa təmsilçisinə keçən kiper ötən müddətdə
əməkhaqqı almayıb. “Adana Demirspor” ona yalnız müəyyən məbləğdə “imza pulu”
verib.
Tanınmış yerli iş adamı Murat Sancakın biznes fəaliyyətində durğunluq yaranıb.
O, bu səbəbdən prezidenti olduğu kluba kifayət qədər vəsait ayırmaqda çətinlik
çəkir.
Yaranmış vəziyyət komanda daxilində narahatlığı artırıb. Artıq Endryu Qravillo
buradan ayrılıb.
25 yaşlı müdafiəçinin bir neçə aydır maaşını ala bilmədiyi üçün vəkili
vasitəsi ilə Super Liqa təmsilçisi ilə müqaviləsini təktərəfli ləğv etdiyi
iddia olunub.
Qravillo artıq klub axtarışına da başlayıb. Onun Rusiya “Spartak”ı ilə
danışıqlar apardığı və bu komandaya transfer olunacağı bildirilir.