e9d0541b-5182-46a9-a00e-b306b2e6163e..jpg

Şahruddin Məhəmmədəliyev: “Qolkiperlik yarışına hazıram”

Baxış sayı: 516 dəfə baxılıb.

Şahruddin Məhəmmədəliyev: “Qolkiperlik yarışına hazıram”

“Qolkiperlik yarışına hazıram”.

Bu sözləri Türkiyənin “Adana Demirspor” klubuna transfer olunan Azərbaycan
millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev komandanın məşqindən əvvəl mətbuat
nümayəndələrinə açıqlamasında deyib.

29 yaşlı qolkiper yeni kluba uyğunlaşmaqda çətinlik çəkmədiyini deyib:

“Ötən həftə mənim üçün xüsusi idi. Çünki ilk dəfə azarkeşlərimizlə bir araya
gəldim”.

“Adana Demirspor”un bir parçası olduğu üçün fəxr etdiyini bildirən qolkiper
Vensan Abubakar və Mauro İkardi kimi böyük futbolçulara qarşı oynamağı
sevdiyini də vurğulayıb və hücumçulardan çəkinmədiyini deyib.

“Mövqeyimdə güclü rəqabətin olduğunu bilərək gəlmişəm. Üzərimə düşən öhdəlik
çox çalışmaqdır. Uyğunlaşma dönəmi mənim üçün asan keçir. Çünki Azərbaycan və
Türkiyədə insanlar bir-birilərinə çox bənzəyirlər. Bura gəlməklə bağlı qərarı
verərkən çətinlik çəkmədim. Superliqanı yaxından izləyirdim”.

Türkiyə Superliqasında çıxış edən qapıçılarla bağlı da düşüncələrini bölüşən
Ş.Məhəmmədəliyev heç bir qapıçını özünə kumir saymadığını deyib.

“Fernando Muslera uzun müddətdir yüksək səviyyədə çıxış edir. Dostum İbrahim
Şehiç də çox yaxşıdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev “Adana Demirspor”la ikiillik müqavilə
bağlayıb.

Mənbə: Haberler.com

Source link