“Qarabağ” futbol klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev zədəsini
sağaltdıqdan sonra fərdi məşqlərini davam etdirir.
Cixisyolu.com xəbər verir ki, 30 yaşlı futbolçu fərdi məşqlərini başa vurduqdan sonra
noyabr ayının ortalarında komandanın düşərgəsinə qatılacaq.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev Bolqarıstanın “Ludoqorets”i ilə
Çempionlar Liqasının təsnifat mərhələsinin III tur matçından əvvəl məşqdə
zədələnmişdi.