Şahruddinin komandasından darmadağın, “Beşiktaş” doğma meydanda uduzdu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.
Azərbaycan millisinin qapıçısı Şahruddin Məmmədəliyevin şərəfini qoruduğu
“Adana Dəmirspor” “Sivasspor”u qəbul edib. Qolkiperin meydanda olduğu matçda
komandası darmadağına imza atıb – 4:1. Hazırda Adana klubu 39 xalla 8-cı
sıradadır.
“Beşiktaş” isə gözlənilmədən doğma meydanda uduzub. “Qara qartallar”
“Antalyaspor”a 1:2 hesabı ilə məğlub olublar. Qeyd edək ki, bu nəticədən sonra
İstanbul klubu 46 xalla 4-cü, Antalya təmsilçisi isə 41 xalla 7-cidir.