Böyük Britaniyanın gələcək kralı 47 il öncə 1969-cu ildə aldığı ayaqqabını geyinir.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, söhbət qənaətcillikdən getmir.
Şahzadənin fikrincə, geyim əşyalarına bu cür münasibət planetimizi qoruya bilər:
“Təəccüblüdür ki, dəb tez-tez dəyişir. Geyim əşyalarını atmaq fikrindən xoşum gəlmir. Köhnə və ya cırılmış əşyaları bərpa etmək lazımdır. Sevindirici haldır ki, son zamanlar atılmış, köhnə əşyalar bərpa olunur”.