Şahzadə Harri toy günü həyat yoldaşı Meqan Markla anası – şahzadə Diananın yaqit və brilliantla bəzədilmiş üzüyünü hədiyyə edib.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Daily Mail yazır.
1997-ci ildə Diananın ölümündən sonra oğulları Uilyam və Harri onun xatirə əşyalarını öz aralarında bölüşüblər.
Uilyamın payına “Cartier Tank Francaise”dan olan saat, Harriyə isə zərgərlik evinin hazırladığı üzük düşüb.