075a2ee1-7820-4c84-9cc0-93ea407a49d5..jpg

Şahzadə Harri: “Həyatda olmağımın səbəbi qardaşımın xəstələnmə ehtimalıdır” – FOTO

Baxış sayı: 855 dəfə baxılıb.

Şahzadə Harri: “Həyatda olmağımın səbəbi qardaşımın xəstələnmə ehtimalıdır” –
FOTO

Britaniya kral ailəsinin sirlərini açıqladığı avtobioqafik kitabı satışa
çıxarılan şahzadə Harri uşaqlıq travmaları ilə bağlı açıqlamaları ilə gündəmdə
qalmağa davam edir.

Harri “Spare” (Ehtiyat”) adlı kitabında qeyd edib ki, onun həyatda olmasının
səbəbi böyük qardaşı, hazırda taxtın bir nömrəli varisi olan Şahzadə Uilyamın
xəstələnmə ehtimalıdır.

38 yaşlı şahzadə bildirib ki, qardaşına böyrək və ya qan köçürülməsi lazım
olarsa, ona donor olmaq, orqanlarını ona bağışlamaq üçün ehtiyat tədbiri kimi
dünyaya gətirilib. Həmçinin bu barədə uşaqlıqdan bildiyini də qeyd edib.

Uşaqlığı ilə bağlı təfərrüatı açıqlayan Harri böyük qardaşı ilə çətin
münasibətlərindən danışıb. O bildirib ki, hətta ailə üzvləri belə, Uilyamın
varis, onun isə ehtiyat varis olduğunu açıq şəkildə ifadə ediblər.

Şahzadə vurğulayıb ki, dünyaya gəlməsinin səbəbi qardaşı üçün əyləncə olmaq və
zərurət yaranarsa, ona donor kimi orqanlarını bağışlamaq olub. Harri
doğulduqdan sonra atası Kral III Çarlzın anası Şahzadə Dianaya dediyi sözləri
xatırladıb. “Əla, mənə bir varis verdin, bir də ehtiyat varis verdin. Artıq
işim bitdi”, – deyə o atasının sözlərini sitat gətirib.

Şahzadə Harri həmçinin özündən iki yaş böyük olan qardaşı Uilyamın mübahisə
zamanı onu döydüyündən də bəhs edib.

Mənbə: Haber Global

Source link