Britaniya şahzadəsi Uilyam və xanımı Keyt Middltonun təyyarəsi fırtınaya düşüb.
TASS xəbər verir ki, hava şərayətinin pis olduğundan şahzadə və xanımının olduğu təyyarə İslamabadda yerə enə bilməyib.
Təyyarə səmaya qalxdığı Lahor şəhərinin hava limanına geri qayıtmalı olub.
Bundan öncə təyyarə iki dəfə müxtəlif hava limanında enməyə cəhd göstərib. Lakin buna müvəffəq olmayıb.
Uilyam və Keytə heç bir zərər dəyməyib və onlar qaydasındadırlar.