1ce3ff44-ffba-4338-9c13-afe3c685bb0c..jpg

Şahzadə Uilyamın gizli eşq yaşadığı deyilən qadın danışdı: Keyt Middltona yaxın dostu ilə xəyanət edir? – FOTO

Baxış sayı: 629 dəfə baxılıb.

Şahzadə Uilyamın gizli eşq yaşadığı deyilən qadın danışdı: Keyt Middltona
yaxın dostu ilə xəyanət edir? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahzadə Uilyamla münasibətdə olduğu barədə xəbərlər yayılan Rouz Hanberi adlı
qadın susqunluğunu pozub.

Şahzadə Keyt Middlton və Şahzadə Uilyamın arasına girdiyi iddia edilən qadın
bununla bağlı açıqlama verib.

Qeyd edək ki, şahzadə Keytin uzun müddət gözlərdən uzaq olması əri Şahzadə
Uilyamın onu aldatması və Keytin də bunu öyrənməsi ilə əlaqələndirilib.
Həmçinin bu söz-söhbətlər fonunda Keyt Middlton və Şahzadə Diananın eyni
aqibəti yaşadığına dair də şərhlər verilib. Sosial media şəbəkələrində bir çox
insan Şahzadə Uilyamı anası Dianaya xəyanət edən Kral Çarlzla müqayisə edib.
Uilyamı Diananı Kamilla ilə aldadan atasına bənzədərək onu tənqid ediblər.

Məşhur televiziya xadimi Stiven Kobert tərəfindən də ikinci qadın kimi adı
hallandırılan 40 yaşlı Rouz Hanberi Keyt və Uilyamın yaxın dostu kimi tanınır.
Nəhayət, susqunluğunu pozmağa qərar verən və “Business Insider” nəşrinə danışan
keçmiş model Rouz Hanberi yayılan xəbərləri təkzib edib.

O, kral ailəsi ilə yaxın münasibətlərinin keçmişdən bəri davam etdiyini deyib.
“Deyilənlər tamamilə yanlışdır”, – deyə Rouz Hanberi bildirib.

Belə ki, onun nənəsi Ledi Elizabet Lambart 1947-ci ildə Kraliça Elizabet və
Kral Filipin toyunda iştirak edib. Həmçinin Hanberi keçən ilin mayında Kral
Çarlzın tacqoyma mərasimində iştirak edən şəxslərdən biri olub.

Xatırladaq ki, özündən 24 yaş böyük David Roksavakdan üç övladı olan Rouz
Hanberinin şahzadə Uilyamla eşq macərası yaşadığı ilə bağlı şayiələr ilk dəfə
2019-cu ildə ortaya çıxıb. Daha sonra 2022-ci ildə “Deuxmoi” dedi-qodu saytı
bir kral ailəsi üzvünün nikahdankənar münasibətinin ifşa olunmuş bir sirr
olduğundan yazıb. Bundan sonra hamı bu kral ailəsi üzvünün Şahzadə Uilyam
olduğunu düşünüb.

Britaniyalı jurnalist Omid Skobi də “Endgame” adlı son kitabında Şahzadə
Uilyam və Rouz Hanberinin münasibətindən bəhs edib, lakin bunun sadəcə şayiə
olduğunu vurğulayıb.

Mənbə: Haber Global

Source link