505193fd-137a-4b52-a674-c241436ae70c.webp

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə müvəqqəti olaraq qaz olmayacaq

Baxış sayı: 254 dəfə baxılıb.

Oktyabrın 10-da saat 10:00-dan etibarən Yasamal rayonundakı yaşayış binasına
təbii qazın verilməsi ilə əlaqədar olaraq qaz xəttinin mövcud şəbəkəyə
qoşulması, “Qaz İxrac” İdarəsi tərəfindən “Şamaxı” QPS-də və saat 09:00-dan
etibarən “Ucar” QPS-də yeni tənzimləyici qurğuların quraşdırılması məqsədilə
qaz təchizatının dayandırılması planlaşdırılır.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Bildirilib ki, təmir-quraşdırma işləri aparıldığı müddətdə Yasamal rayonu üzrə
Sosial Evlər yaşayış kompleksinin, Şamaxı rayonunun (Şamaxı şəhəri daxil
olmaqla, rayonun 1 qəsəbə və 15 kəndinin) və Ucar rayonunun (20 kəndin) bir
hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Source link