af5c6bf8-c47c-4013-93dd-28b650cc0680..jpg

Şakira Pikenin anası ilə mübahisə edib, sonra isə onu vurub

Baxış sayı: 1. 061 dəfə baxılıb.

Şakira Pikenin anası ilə mübahisə edib, sonra isə onu vurub

Kolumbiyalı müğənni Şakiranın keçmiş sevgilisi, futbolçu Jerar Pikenin anası
Monserrat Bernabeu ilə dava etdiyi məlum olub.

Məlumata görə, müğənni ilə idmançının valideyni arasında münaqişə Pikenin
anasının oğlunun xəyanətini gizlətməkdə ona kömək etdiyi məlum olduqdan sonra
baş verib.

Belə ki, futbolçu evli olduğu halda Bernabeunun evində yeni sevgilisi ilə
görüşüb. Üstəlik, qayınana həm də Pikenin xəyanətindən şikayətlənən Şakiraya
təsəlli verib.

İnsayderlərin sözlərinə görə, qayınanası Şakira ilə mübahisə edib, sonra isə
müğənni yaşlı qadını üzündən vurub.

İfaçının Bernabeu ilə davası ilə bağlı yayılan məlumatlara nə müğənni, nə də
onun keçmiş sevgilisi münasibət bildiriblər.

Mənbə: sports.ru

Source link