1476b091-4f2e-40f1-88dc-89b0aa48dd6e..jpg

Şakiranın yeni sevgilisi məşhur aktyordur – FOTO

Baxış sayı: 305 dəfə baxılıb.

Şakiranın yeni sevgilisi məşhur aktyordur – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Şakira “Netflix”də yayımlanan “Emili Parisdə” serialı sayəsində
məşhurlaşan britaniyalı aktyor Lyusyen Laviskontla görüşür.

Bir neçə gün əvvəl 47 yaşlı Şakira və 31 yaşlı Lyusyen italyan restoranında
şam yeməyinə gedərkən görüntüləniblər.

Onların birgə fotoları sosial şəbəkələrdə yayılıb və məşhurların arasında
sevgi münasibətlərinin olması barədə şayiələrə səbəb olub. Bu gün insayder
müğənni ilə aktyorun həqiqətən birlikdə olduğunu bildirib. Bununla belə, mənbə
iddia edib ki, müğənninin dostları onun yeni münasibətindən məmnun deyillər,
çünki onlar düşünürlər ki, Laviskont Şakira ilə onun populyarlığına görə
görüşür.

Ehtimal olunur ki, Şakiranın Lyusyenlə münasibətləri fevral ayında baş tutan
“Punteria” mahnısına çəkilən klipin çəkilişləri zamanı başlayıb. Klipdə aktyor
ifaçının sevgilisi obrazını canlandırıb.

Mənbə: Daily Mail

Source link