43fbe4aa-5f99-43d9-8975-ca866a7f1ea6..jpg

Sakitlik pozuldu: Azərbaycan Ermənistanın güvəndiyi gövdəyə də məhəl qoymaya bilər – ŞƏRH

Baxış sayı: 849 dəfə baxılıb.

Sakitlik pozuldu: Azərbaycan Ermənistanın güvəndiyi gövdəyə də məhəl qoymaya
bilər – ŞƏRH

Bu gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə və Rusiya
sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə atışmaların olduğuna
dairməlumat yaydı.

Bu, bir müddətlik fasilədən sonra yenidən silahların işə salınacağı
ehtimallarını artırır.

Qarabağdakı separatçıların güvənc yeri Rusiya sülhməramlı kontingenti və
özlərinin arxalandıqları xəstə təxəyyüldür.

Ancaq sərhəddəki məsələnin motivləri bir qədər dərinlərə işləyir.

Müdafiə Nazirliyinin məlumatına əsasən, Ermənistan tərəfi sərhədin Tovuz,
Naxçıvan, Kəlbəcər istiqamətlərində hərbi təxribat törədərək Azərbaycan
Ordusunun mövqelərinə atəş açıb.

Məsələ indi ona görə daha çox diqqət çəkir ki, Avropa İttifaqının missiyası
Ermənistanda xidmət aparır. Əgər deyildiyi kimi, onların fəaliyyəti
sülhyaratmaya töhfə verirsə, onda Ermənistan Azərbaycana qarşı hərbi təxribata
cəhd etmək “cəsarət”ini haradan alır?

Ermənilərin köhnə vərdişlərini qızışdıran bulağın gözü elə Aİ missiyasının
özüdür.

Mövqelərin atəşə tutulması Azərbaycanın “Avropa İttifaqı missiyasının gəlişi
vəziyyətin sabitləşməsinə deyil, gərginləşməsinə xidmət edəcək” tezisini
təsdiqləyir.

Ola bilsin ki, Ermənistan özünü Aİ missiyasının arxasına verərək əl-qol atmaq
istəsin, amma bunun İrəvan üçün faydasından çox, zərərləri olacaq. Özü də elə
atəş açdığı mövqelər istiqamətində.

Çünki sərhəddə kimin, hansı məqsədlə dayanmasından asılı olmayaraq sərhədlərin
təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın güc tətbiq etmək hüququndan
yararlana biləcəyi şəksizdir.

Aİ missiyasının tərkibi də özünə qarşı şübhələri artırır. 100 nəfərlik
missiyanın 50-si silahlı, 50-si isə silahsız mülki şəxslərdir. Hərçənd ki,
ümumilikdə İrəvan qurumun mandatını özü üçün təhlükəsizlik çətiri hesab edir.

İstənilən halda, fərqi yoxdur ki, Azərbaycanla sərhəddə neçə silahlı, neçə
silahsız var, Bakı, onsuz da, uyğun bir şəraitdə İrəvana sərt cavablar verə
bilmək gücünü göstərə bilər.

Bu baxımdan İrəvan Aİ-nin gövdəsinə arxalanmaq niyyətlərindən vaz keçməli,
onsuz da, dünya düzəninin həssas olduğu zamanda özünü daha böyük torun
içərisinə salmamalıdır.

Yeri gəlmişkən, Azərbaycanın cənub qonşusu İran da Aİ missiyasının xidmətindən
məmnun kimi görünür və səsini çıxarmır.

Hərçənd ki, Azərbaycanın Aİ ilə (Fransanı çıxmaq şərtilə) danışıqlar masasında
razılığa gəlib daha böyük işlər üçün yeni-yeni strateji xətt etmək təcrübəsi
var. Bu təcrübə, sadəcə, indi axsama mərhələsindədir, lakin gələcək üçün
layihələri sual altında saxlamır.

Ona görə də İran bu vəziyyətə sevinmək əvəzinə, indidən özünə gün ağlasa, daha
yaxşı olar.

Aqşin Kərimov

Source link