Çempionlar Liqasının final matçında çiynindən ağır zədələnmiş “Liverpul” klubunun misirli forvardı Məhəmməd Salah Rusiyada keçiriləcək Dünya çempionatına kimi sağalacağına əmindir.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Euronews” məlumat yayıb.
Çərşənbə axşamı futbolçu Valensiyaya gəlib. İspaniyalı həkimlər onun müalicəsinə öz öhdələrinə götürüb.
Rentgen müayinəsinin nəticələri onun ən mötəbər futbol turnirində iştirakına nikbin baxmağa imkan verir. Misir yığmasının həkim heyəti də onun tezliklə sağalacağına inanır.
Qeyd edək ki, DÇ-2018 ərəfəsində Misir iyunun 1-də Kolumbiya yığması ilə, növbəti həftə isə Belçika millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Here’s Salah using his arm normally and carrying a bag with it after Sergio Ramos supposedly broke it & killed his world cup hopes & almost ended his career lmao..
Hope y’all can stop the drama now pic.twitter.com/L7G91zLgkU
— OMAR 👑 (@Omar__cr7_) 29 May 2018