“Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah DÇ-2018-ci ilin qrup mərhələsində keçiriləcək matçlarda çıxış edə biləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda Misir futbol assosiasiyasının rəhbəri Hani Əbu Ridə açıqlama verib.
Ridənin sözlərinə görə, 25 yaşlı futbolçu ola bilsin iyunun 15-də Uruqvay millisinə qarşı matçda ilk matçı buraxsın. Ancaq ev sahibləri (Rusiya) ilə Sankt-Peterburqdakı matça yüz faiz hazır olacaq.
Xatırladaq ki, Məhəmməd Salah Çempionlar Liqasının final matçında “Real”ın müdafiəçisi Serxio Ramosla top uğrunda mübarizə zamanı çiynindən ağır xəsarət almışdı.