Salah təyyarə üzərindəki şəklinə görə qalmaqal yaratdı

Salah təyyarə üzərindəki şəklinə görə qalmaqal yaratdı

Baxış sayı: 2. 264 dəfə baxılıb.

İngilətərinin “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah Misir futbol federasiyası ilə qalmaqal yaşayıb. Buna səbəb kimi Misir yığmasının təyyarəsinin üzərində onun şəklinin olması göstərilib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Goal.com məlumat yayıb. 

Salahı şəklin onun xəbəri olmadan laynerin üzərinə vurulması narazı salıb. Futbolçunun təyyarəni təqdim edən telekommunikasiya şirkəti ilə sponsorluq müqaviləsi var. 

Salahın nümayəndəsi bildirib ki, heç kim onunla bu məsələni razılaşdırmayıb. 

Misir idman naziri Xalid Əbdül Əziz məsələ ilə bağlı “Twitter” hesabında fikirlərini bölüşüb.

“Biz problemin həll olunması üçün bütün tərəflərlə görüşəcəyik. Məhəmməd Salah misirli gənclər üçün nümunədir və ölkəmizi xaricdə təmsil edir”, – məmur yazıb. 

Qeyd edək ki, bu mövsüm Salah 34 qarşılaşmada meydana çıxıb. O, 31 qol və 10 məhsul ötürmə ilə yadda qalıb. 

www.ÇıxışYolu.Com