a7e46113-973b-439a-ab76-717e2825ee75..jpg

Salman Rüşdi bıçaqlanması ilə bağlı kitab yazır – FOTO

Baxış sayı: 444 dəfə baxılıb.

Salman Rüşdi bıçaqlanması ilə bağlı kitab yazır – FOTO

Əslən hindistanlı olan britaniyalı yazıçı Salman Rüşdi ona qarşı həyata
keçirilən sui-qəsd cəhdindən bəhs edən kitab üzərində işləyir.

Bu barədə “Penguin Random House” nəşriyyatı məlumat yayıb.

“Bıçaq: Sui-qəsd cəhdindən sonra düşüncələr” (“Knife: Meditations After an
Attempted Murder”) adlanan kitabın çapdan çıxması gələn il aprelin 16-a
planlaşdırılıb.

Qeyd edək ki, hadisə 2022-ci ildə baş verib. Salman Rüşdi Nyu-Yorkda Çatoku
İnstitutunda çıxış edən zaman əlində bıçaq olan kişi ona hücum edib.
Ağciyərləri ağır zədələnən yazıçı süni tənəffüs aparatına qoşulub. Bundan
başqa, onun bir əli yaralanıb, üstəlik, Rüşdi bir gözünü itirib.

Source link