“Gürcüstanda qeyri-konstitusion hökumət dəyişikliyi üçün aktiv hazırlıq gedir”.
Cixisyolu.com-ın vestikavkaza.ru-ya istinadən verdiyi məlumata görə, parlament sədri
Şalva Papuaşvili belə bir bəyanatla çıxış edib.
Onun sözlərinə görə, bir çox faktlar 2020-ci il ssenarisini təkrarlamağı
planlaşdırdığını göstərir.
“Bir çox şey hökumətin qeyri-konstitusion dəyişdirilməsinə hazırlığın davam
etdiyini göstərir. Siz bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz.
Bu, 2020-ci il cəhdinin təkrarıdır”, – deyə Ş.Papuaşvili qeyd edib.
Hakim Gürcü Arzusu Partiyasının fikrincə, müxalifət seçkinin özünə deyil,
ondan sonrakı günə hazırlaşır ki, bütün ölkədə iğtişaşlar törətsin.
Xatırladaq ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-da keçiriləcək.