b5d755fd-6d3f-4499-9310-0b113b808cea..jpg

Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb

Baxış sayı: 536 dəfə baxılıb.

Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb

Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu
məlumat yayıb.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və
qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini,
əvvəllər məhkum olunmuş Yadulla Məmmədov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə – marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində Y.Məmmədovun yaşadığı ünvana
keçirilən baxış zamanı isə oradan bir ədəd AKMS markalı avtomat, bir ədəd daraq
və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar
davam etdirilir.

Source link