9edf2bdc-0843-4dc9-8e22-855ad3a1f620..jpg

Salyanda 13 yaşlı qızın zorlanması ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Baxış sayı: 951 dəfə baxılıb.

Salyanda 13 yaşlı qızın zorlanması ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanması ilə bağlı açıqlama verilib.

Şirvan-Salyan Təhsil İdarəsindən Cixisyolu.com-a verilən məlumata görə, məsələ ilə
bağlı polisə müraciət olunub.

“Hazırda Biləsuvar rayon polis şöbəsi və Şirvan Salyan Regional Təhsil İdarəsi
araşdırma aparır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat
veriləcək”, – deyə idarədən bildirilib.

15:44

Salyanın Cadırlı kəndində 13 yaşlı qız zorlanıb.

Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, azyaşlının atası dünyasını dəyişib, ana isə xəstəxanadadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cixisyolu.com-a verilən xəbərə görə,
həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən
olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə
polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam
etdirilir.

İlhamə Əbülfət

Source link