Salyan Rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə kimliyi məlum olmayan bir nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.
ÇıxışYolu.Com-ın Aran bürosunun verdiyi xəbərə görə, batan şəxs 35 yaşlı Aysel Vaqif qızı Dadaşovadır. O özünü Akkuşa çayının körpüsündən suya ataraq intihar edib. Aysel Dadaşova 3 azyaşlı uşaq anasıdır və Seyidsadıqlı kənd orta məktəbində müəllim işləyib.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində və FHN əməkdaşdarı tərəfindən araşdırma aparılır.