Salyanda ağır qəza: ölən və yaralılar var

Salyanda ağır qəza: ölən və yaralılar var

Baxış sayı: 2. 401 dəfə baxılıb.

Salyanda ağır qəza: ölən və yaralılar var

Salyan rayonunda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ÇıxışYolu.Com Report-a istinadən  xəbər verir ki, hadisə Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər hadisə yerində ölüb. Qəza zamanı habelə Astara rayon sakinləri – 1995-ci il təvəllüdlü Mirzəzadə Orxan Zahid oğlu və 1999-cu il təvəllüdlü Əsədullayev Rəhmin Ramiz oğlu xəsarət alıblar. 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com