a4a3df8a-9b29-40d6-b805-a807cbe76e49..jpg

Salyanda avtomobil aşıb: Xəsarət alanlar var

Baxış sayı: 310 dəfə baxılıb.

Salyanda avtomobil aşıb: Xəsarət alanlar var
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyanda yol-nəqliyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Kürsəngi
kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil
idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Kürsəngi kənd sakinləri – 1989-cu il təvəllüdlü Bilal Əlibaba
oğlu Rüstəmov və Ağa Rüstəm oğlu Ağamalıyev müxtəlif dərəcəli xəsarətlər
alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Source link