851ad431-e6cc-4446-8463-23878576bc10..jpg

Salyanda gənc qızı qaçıran şəxslər saxlanılıblar – YENİLƏNİB

Baxış sayı: 804 dəfə baxılıb.

Salyanda gənc qızı qaçıran şəxslər saxlanılıblar – YENİLƏNİB

Salyanda qız qaçıran şəxslər saxlanıblar.

Bununla bağlı Cixisyolu.com-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş
inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.

O bildirib ki, fevralın 3-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə
rayonun Kürsəngi kəndi ərazisində Yolüstü kənd sakini olan bir qızın iki nəfər
tərəfindən qaçırılması barədə məlumat daxil olub:

“Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən hadisəni
törədən rayonun Yeni Uluxanlı kənd sakinləri Z.Səfərli, O.İsmayıllı və
M.Hüseynov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin
144.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir”.

10:08

Salyanda gənc qız qaçırılıb.

“Report”un xəbərinə görə, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Səfərli Zöhrab Natiq oğlu və
həmkəndlisi 2003-cü il təvəllüdlü Hüseynov Mirsabir Bəhrəm oğlu ilə birlikdə
1998-ci il təvəllüdlü Aliyə Alıyevanı (ad və soyad şərti) rayonun Kürsəngi
kəndi ərazisində zorla Mirsabir Hüseynovun idarə etdiyi VAZ-2106 markalı
avtomobilə oturduraraq evlənmək məqsədilə aparıblar.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü
maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Source link