1b1dd298-83da-40bc-b611-5bb95939cc5b..jpg

Salyanda narkokuryer saxlanıldı

Baxış sayı: 363 dəfə baxılıb.

Salyanda narkokuryer saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat
tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini,
əvvəllər də eyni əmələ görə məhkum olunmuş Azər Əsgərov saxlanılıb .

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Onun üzərinə keçirilən baxış zamanı heroin, metamfetamin və 430 qram marixuana
aşkar olunaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən digər bir
əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisində yerləşən fərdi
yaşayış evlərinin birindən dəyəri 5000 manatdan artıq olan məişət əşyaları və
avadanlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Hacıağa Quliyev də
saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq faktını etiraf edib. Sonuncu
tərəfindən oğurluq yolu ilə əldə edilən əşya və avadanlıqlar isə polis
əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam
etdirilir.

Source link