Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, hadisə bugün axşam saatlarında Ələt-Astara magistral yolunun 16-cı kilometrliyində, rayonun Xıdırlı kəndinin ərazisində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sadıq Seyidağa oğlunu yolu keçmək istəyən zaman maşın vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Naməlum sürücü isə hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.