e9f133a9-bfdb-4d2c-b497-8188a65659a5..jpg

Samara vilayətinin erməni əsilli səhiyyə naziri saxlanılıb

Baxış sayı: 547 dəfə baxılıb.

Samara vilayətinin erməni əsilli səhiyyə naziri saxlanılıb

Rusiyanın Samara vilayətinin erməni əsilli səhiyyə naziri Armen Benyan
saxlanılıb.

Məlumata görə, polis və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları
yoxlamalar aparırlar. Nazirin saxlanılmasının səbəbləri hələlik məlum deyil.

Samara vilayətinin səhiyyə sektoru əvvəllər də hüquq-mühafizə orqanlarının
diqqətində olub. Belə ki, 2023-cü ilin yazında Seredavina xəstəxanasının baş
həkiminin müavini Aleksey Oşurkov saxlanılıb. O, dələduzluqda ittiham olunub.
Hazırda həkim istintaq təcridxanasındadır. Qeyd edək ki, bu xəstəxananın
rəhbəri əvvəllər Benyan olub.

İyulun sonunda polis əməkdaşları Krasnoyarsk diyarının nəqliyyat naziri
Konstantin Dimitrovu saxlayıblar. Saxlanma Krasnoyarskda metronun tikintisi
layihəsi ilə bağlı olub. Bundan başqa, təhlükəsizlik qüvvələri metronun
layihələndirilməsi üzrə sifarişçi olan “Rayon Nəqliyyat İdarəsi” dövlət
qurumunun sabiq rəisini saxlayıblar. Qeyd edək ki, Dimitrov 2017-ci ildə şöbə
müdiri vəzifəsini icra edib.

Mənbə: news.ru

Source link