Bakı-Şamaxı-Yevlax yolunun 113-cü km-də, Şamaxının Sabir qəsəbəsində ağır avtomobil qəzası baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, yoldan çıxan minik maşını aşıb, nəticədə avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəzada sürücü, Ağsu rayonu Ərəbuşağı kənd sakini, 1983-cü il təvəllüdlü Zamanov Bəhruz Məhbub oğlu, sərnişinlər, Ağsu rayon sakini 1987-ci il təvəllüdlü Qasımov Cavanşir Nizami oğlu, onun həmkəndlisi, 1982-ci il təvəllüdlü Ömərov İsmayıl Ağagül oğlu və 1969-cu il təvəllüdlü İsmiyev Malik Misir oğlu yaralanıblar.
Onlar Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
.