Şamaxıda avtomobil gölə düşdü, sürücü öldü

Şamaxıda avtomobil gölə düşdü, sürücü öldü

Baxış sayı: 2. 121 dəfə baxılıb.

Şamaxıda avtomobil gölə düşdü, sürücü öldü

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ÇıxışYolu.Com APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Hacıqədirli kəndində qeydə alınıb.

Rayon sakini, 1976-cı il təvəllüdlü Hacıyev İlqar Balakişi oğlu idarə etdiyi 90-LU-906 dövlət nömrə nişanlı “NİVA” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənardakı gölə düşüb.

Avtomobil suda tamamilə batıb. Hadisə zamanı sürücü İlqar Hacıyev avtomobilin içində suda boğularaq ölüb. Ölən şəxsin meyitinin və avtomobilin sudan çıxarılması üçün hazırda tədbirlər görülür.

FHN və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır. 

www.ÇıxışYolu.Com