a8688d16-fd01-4f9d-88f0-7de9fdad80f5..jpg

Şamaxıda avtomobil traktorla toqquşub, dörd nəfər yaralanıb

Baxış sayı: 386 dəfə baxılıb.

Şamaxıda avtomobil traktorla toqquşub, dörd nəfər yaralanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda ağır avtomobil qəzası baş verib. VAZ-2107 markalı avtomobil traktorla
toqquşub.

APA xəbər verir ki, hadisə rayonun Göylər kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində Şamaxı sakini 1964-cü il təvəllüdlü Əmirağa Ələsgər oğlu
Abbasov, 1975-ci il təvəllüdlü Şəhla Balakərəm qızı Abbasova, 1970-ci il
təvəllüdlü Zərifə Balakərəm qızı Təhməzova və 1963-cü il təvəllüdlü Səadət
Balakərəm qızı Adıgözəlova ağır bədən xəsarətləri ilə rayon mərkəzi
xəstəxanasına yerləşdiriliblər.

Vəziyyəti ağır olan iki nəfər Bakı şəhər travmatalogiya xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link