4498951f-90dd-47ab-aca3-0eec3a224a4e..jpg

Şamaxıda BMW aşıb, bir ailənin üç üzvü həlak olub – FOTO

Baxış sayı: 434 dəfə baxılıb.

Şamaxıda BMW aşıb, bir ailənin üç üzvü həlak olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda avtomobilin aşması nəticəsində üç nəfər həlak olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti (DİN) məlumat yayıb.

Bildirilib ki, hadisə dekabrın beşində saat 17 radələrində Şamaxı rayonunun
Göylər kəndi ərazisində baş verib.

BMW markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə
olan sürücü və sərnişinlər, Ağsu rayon sakinləri – 1965-ci il təvəllüdlü
Xaləddin Fərhad oğlu Mətiyev, 1970-ci il təvəllüdlü Sadiq Fərhad oğlu Mətiyev
və 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə aldıqları müxtəlif
dərəcəli bədən xəsarətlərindən vəfat ediblər.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Source link