a61b866f-1bda-49ef-bb4b-b83a2322e40e..jpg

Şamaxıda ölümlə nəticələnən ağır qəza oldu

Baxış sayı: 835 dəfə baxılıb.

Şamaxıda ölümlə nəticələnən ağır qəza oldu

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində “Mercedes”
markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində
nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin
1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına
yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq A. Əliyev vəfat edib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq
aparılır.

Source link