2d58954b-5c36-4d94-b24e-a148b1516e39..jpg

Şamaxıda qəzaya düşən klub rəsmisinin vəziyyəti ağırdır: Bakıya göndərildi – YENİLƏNİB + FOTO

Baxış sayı: 629 dəfə baxılıb.

Şamaxıda qəzaya düşən klub rəsmisinin vəziyyəti ağırdır: Bakıya göndərildi –
YENİLƏNİB + FOTO

“Şamaxı yolunda qəzaya düşən “Mingəçevir” futbol klubunun idman direktoru Zaur
Qarayevin durumu ağırdır. Öncə Şamaxı Mərkəzi Xəstəxanasına aparılan klub
rəsmisi daha sonra Bakıya göndərilib”.

Bu barədə Cixisyolu.com saytına açıqlamasında “Şamaxı” futbol klubunun mətbuat
xidmətinin rəhbəri Yusif Hüseynov bildirib.

Onun sözlərinə görə, klub olaraq qonaq komandaya hər cür köməyi etməyə
hazırdırlar:

“Bu hadisəyə görə biz də təəssüflənirik. Klub tərəfindən nə lazım olarsa,
etməyə hazırıq. “Şamaxı” klubu olaraq, “Mingəçevir” futbolçularının geri
dönməsi üçün nəqliyyat vasitəsi ayırmışıq. Onlar hazırda geri qayıdırlar. Bir
nəfərin vəziyyəti ağır olduğuna görə təcili tibbi yardım maşını ilə Şamaxı
Mərkəzi Xəstəxanasına çatdırılıb. Oradan da təcili tibbi yardım maşını ilə
Bakıya yola salınıb”.

Xatırladaq ki, bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX turunda
“Şamaxı-2” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.
Futbolçular və rəhbərlik nümayəndələri arasında xəsarət alanlar olsa da,
xoşbəxtlikdən, həyatını itirən yoxdur.

15:43

Daxili İşlər Nazirliyi “Mingəçevir” futbol klubunu daşıyan avtobusun qəzaya
uğraması barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun
Ağsu rayonu ərazisindən keçən hissəsində “Mersedes-Benz” markalı avtobusla yük
avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və
avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

14:52

Xəbər verdiyimiz kimi, bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX
turunda “Şamaxı-2” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

Son məlumata əsasən, futbolçular və rəhbərlik nümayəndələri arasında xəsarət
alanlar olsa da, xoşbəxtlikdən, həyatını itirən yoxdur.

“Mingəçevir” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Qasımov Cixisyolu.com-a
açıqlamasında yalnız klubun idman direktoru Zaur Qarayevin ağır xəsarət
aldığını bildirib:

“Komandanı aparan nəqliyyat vasitəsi yük maşını ilə toqquşub. Buna dumanlı
hava şəraiti səbəb olub. Futbolçular arasında ciddi problemi olan yoxdur.
Yalnız idman direktorumuz Zaur Qarayevin vəziyyəti ciddidir. Onu təcili tibbi
yardım maşını ilə Şamaxıda xəstəxanaya aparıblar”.

13:54

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.

Peşəkar Futbol Liqasından (PFL) verilən məlumata görə, hadisə bu gün
“Mingəçevir” futbol komandası I Divizionun XX turu çərçivəsində “Şamaxı-2” ilə
səfər oyununa gedərkən baş verib.

Komandanı aparan avtomobil yolda qəzaya uğrayıb. Son məlumata əsasən,
futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən
həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan
“Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.

Faiq Tahirov

Source link