ed0f6d97-5e65-4ea2-95a7-887194652ec6..jpg

Şamaxıda qohumunu güllələyərək qətlə yetirən şəxs saxlanıldı – TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Baxış sayı: 348 dəfə baxılıb.

Şamaxıda qohumunu güllələyərək qətlə yetirən şəxs saxlanıldı – TƏFƏRRÜAT +
YENİLƏNİB/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda polisin qohumunu güllələyərək qətlə yetirməsinin təfərrüatı məlum
olub.

”Report” xəbər verir ki, hadisə Şamaxı Rayon Polis Şöbəsində baş verib.

Belə ki, münaqişə zamanı 33 yaşlı Saday Əlismayıl oğlu Manafov xidməti silahı
ilə bibisi oğlu 44 yaşlı Rəfail Qərib oğlu Feyzullayev odlu silahla qətlə
yetirib. Bundan sonra S.Manafov intihara cəhd etsə də, polis əməkdaşlarının
ayıq davranması ilə intiharın qarşısını alınıb və o, saxlanılaraq istintaqa
təhvil verilib.

Hazırda rayonun hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunublar.

Qətlə yetirilən Rəfail Feyzullayevin meyiti isə müayinə olunması üçün Səhiyyə
Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı
rayon şöbəsinə təhvil verilib.

Şamaxı Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı
S.Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu R.Feyzullayevi
silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib. Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs
qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

19:27

Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il
Saday Əlismayıl oğlu Manafov tərəfindən 1979-cü il təvəllüdlü Rəfail Qərib oğlu
Feyzullayev odlu silahla qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, S.Manafov
hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.

O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.


Source link